İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya vətəndaşlığı almaq istəyən türkiyəli iş qadınını ALDATDILAR

Türkiyənin ən zəngin iş adamları arasında yer alan "Kibar Holding" idarə heyətinin üzvü Aysun Kibar İngiltərə vətəndaşı olmaq üçün ev almaq istəyərkən aldadılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç görmədiyi bir evə külli miqdarda pul ödəyən Kibarın Londonda Harvard məzunu olan bir hüquqşünas tərəfindən 2 milyon sterlinq, təxminən 44 milyon TL aldadıldığı ortaya çıxıb.

Vəkil ittihamları təkzib etsə də, İngiltərə məhkəməsində medianın bu işə diqqəti böyük olub.

Damiani adlı şəxsin Aysun Kibarı Mayfairdə heç görmədiyi evi 1,5 milyon lirəyə almağa razı saldığı məlum olub. Daha sonra türk iş adamının pulu geri istəməsi zamanı 69 yaşlı kişinin "Nədən bəhs etdiyinizi anlamıram" deməsi ilə ortalıq qarışıb.

İş məhkəməyə qədər uzanıb. Hakim heyəti tərəflərin ifadələrini dinləyib. Damiani dələduzluq iddialarını rədd edib. Damianinin həyat yoldaşı ilə Kibarın yaxın dost olduqları və Türkiyədə birlikdə böyüdükləri də bildirilib. Bundan əlavə qeyd olunub ki, Damiani müxtəlif ad və təxəllüslərdən istifadə edir. İddialara görə, Damiani Aysun Kibara özünü Ali Tamimi kimi tanıdıb.

Qeyd edək ki, Aysun Kibar 2020-ci ildə 400 milyon dollarlıq sərvəti ilə “Forbes Turkey”in hazırladığı “100 ən zəngin türk” siyahısına daxil olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR