İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya təlimlərdə iştirak etmək üçün Avropaya 8 minə yaxın hərbçi göndərəcək

Böyük Britaniya təlimlərdə iştirak etmək üçün Şimali və Şərqi Avropaya 8 minə yaxın hərbçi göndərəcək.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Avropada Britaniya kontingentinin sayında pik nöqtə aprel – iyun aylarına təsadüf edəcək.

“Soyuq müharibədən bu yana ən iri birgə manevrlər çərçivəsində qoşunlarımız NATO-dakı müttəfiqlərimiz və tərəfdaşlarımızla, həmçinin Birləşmiş Ekspedisiya Qüvvələri ilə birləşərək həmrəylik və güc nümayiş etdirəcək”, - deyə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Finlandiyadan Şimali Makedoniyaya qədər olan əraziləri əhatə edəcək təlimlərə onlarla tank və 100-dən çox zirehli döyüş maşını da cəlb olunacaq. Britaniyanın quru qoşunlarının komandanı general-leytenant Ralf Vudiss təlimlərin əsas məqsədinin “Rusiya təcavüzünün qarşısını almaq” olduğunu deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR