İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Rusiyanın xarici siyasət konsepsiyasını ələ saldı

Böyük Britaniya Xarici İşlər Nazirliyi “Rusiyanın yeni xarici siyasət proqramı”nı şərh edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Britaniya XİN rusiyalı həmkarlarının tvitini paylaşaraq, onu “1 aprel” zarafatına bənzədib.

Qeyd edək ki, Rusiyanın qəbul etdiyi yeni sənəddə bu cümlələr yer alıb: “Rusiyanın xarici siyasəti sülhpərvər, açıq, proqnozlaşdırıla bilən, ardıcıl, praqmatikdir və beynəlxalq hüququn qlobal səviyyədə tanınmış prinsip və normalarına hörmətə əsaslanır”.

Rusiya Xarici İşlər Nazirliyi hətta həmin cümləni dünən tvitter hesabında önə çıxarıb. Buna cavab olaraq Böyük Britaniya XİN-in rəsmi hesabında bu sözlər yazılıb: “1 aprel - axmaqlar günü hələ sabahdır”.

Xatırladaq ki, martın 31-də Putin Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyası haqqında fərman imzalayıb. Sənəddə Hindistan və Çin Rusiyanın müttəfiqləri, ABŞ isə əsas düşmən olaraq qeyd olunur.

Musavat.com

WhatsApp Image 2023-04-01 at 14.40.30.jpeg (58 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR