İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya onun çıxışını blokladı

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında bu gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilmiş Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın çıxışının yayımlanmasını bloklayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Britaniya səfiri bu görüşdə iştirakdan imtina edib.

“Mariya Lvova-Belovanın ukraynalı uşaqların qeyri-qanuni deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıdığı iddia edilir. Ona dezinformasiya yaymaq üçün BMT platformasında tribuna verilməməlidir. Mariya Lvova-Belova öz əməlləri barədə hesabat vermək istəsə, bunu edə bilər, amma Haaqada”, - deyə Britaniya nümayəndə heyətinin mesajında deyilir.

Qeyd edək ki, bu ilin aprel ayının 5-də BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya “uşaqların münaqişə zonasından təxliyəsi” mövzusunda qeyri-rəsmi görüş təşkil edib və Lvova-Belovanı həmin tədbirə (videogörüntü formatında) dəvət edib.

“The New York Times” qəzetinin yazdığına görə, yayımın bloklanması BMT-nin saytında heç bir video yazılışın saxlanmayacağı deməkdir. Yayım üçün Təhlükəsizlik Şurasının daimi və ya müvəqqəti 15 üzvünün hamısının razılığı tələb olunur, adətən buna çox nadir etiraz olunur. Lakin bu ilin mart ayında Çin eyni şəkildə Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı keçirilən görüşün yayımını əngəlləmişdi. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə tvitterdə Moskvanın Lvova-Belovanın çıxışının alternativ yayımını təşkil edəcəyini xəbər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR