İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya muzeyinin direktoru istefa verdi

İngiltərənin paytaxtı Londonda ölkənin ən çox ziyarət edilən muzeylərindən biri olan Britaniya Muzeyinin direktoru Hartviq Fişer istefa verib.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, direktorun istefa verməsinə səbəb muzeydəki bəzi əsərlərin oğurlanaraq satışa çıxarılmasıdır. Keçmiş direktorun istefası qəbul edilib.

Qeyd edək ki, dünyanın ən mühüm muzeylərindən biri olan Britaniya Muzeyini hər il 6 milyondan çox insan ziyarət edir. Muzey 8 milyon əsərdən ibarət daimi kolleksiyası ilə dünyanın ən böyük və ən geniş kolleksiyalarından birinə ev sahibliyi edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR