İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya müxalifəti Boris Conson hökumətinə etimad votumu keçirmək istəyir

Böyük Britaniyanın müxalif Leyboristlər Partiyası Baş nazir Boris Consonun mühafizəkarlar hökumətinə etimad votumu başlatmaq niyyətindədir.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə iyulun 13-də baş tuta bilər.

Ötən həftə Leyboristlər partiyasının lideri Kir Starmer iyulun 7-də istefa vermək niyyətini açıqlayan Boris Consonun seçkilərinin nəticələrini gözləmədən vəzifəsini dərhal tərk etmədiyi təqdirdə səsvermə tələb edəcəyini bildirmişdi.

Leyboristlər partiyasının təşəbbüsü ilə keçiriləcək səsvermədə Tori parlament fraksiyası ilə yanaşı, İcmalar Palatasının bütün üzvləri də iştirak edəcək. Hökumətə etimadsızlıq səsverməsi sadə səs çoxluğu tələb edir. Mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 358 mandata sahib olduqları üçün Britaniya parlamentinə növbədənkənar seçkilərin keçirilməsini israr edən müxalifət öz məqsədinə asan nail olmayacaq.

Hökumətə etimadsızlıq votumu nazirlər kabinetinin istefası və 2024-cü ilin sonuna planlaşdırılan ümumi seçkinin keçirilməsi ilə nəticələnəcək. Alternativ yol isə Böyük Britaniya monarxının birbaşa müdaxiləsi ilə mümkündür. O, kabinet üçün əlverişsiz səsvermədən sonra müxalifət liderindən yeni hökumət qurmağı xahiş edə bilər. Lakin sonuncu dəfə bu, 1924-cü ildə II Elizabetin babası V Georq dövründə baş verib.

Qeyd edək ki, iyulun 7-də təxminən 60 nəfərin Böyük Britaniya hökumətini tərk etməsi səbəbindən Boris Conson Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verməyə məcbur olub. O, yeni seçkilər keçirilənə qədər hökumətə və partiyaya rəhbərlik edəcəyini bildirib. Hakim partiyanın yeni liderinin adı sentyabrın 5-də məlum ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR