İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya milli təhlükəsizlik müşaviri: Qərb və Çin arasında nüvə müharibəsi daha realdır

“Qərb və Çin hesablarında yanıla və nüvə savaşına daxil ola bilərlər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri ser Stiven Lavgrov bununla bağlı tərəfdaşlarına xəbərdarlıq edib.

Onun sözlərinə görə, Böyük Britaniya Pekinin nüvə arsenalını genişləndirməsindən və modernləşdirməsindən “açıq şəkildə narahatdır”. O, Çinin silahlara nəzarət sazişlərinə "laqeyd qalması"nın qorxulu perspektiv olduğunu bildirib.

Ser Stivenin fikrincə, dünya artıq SSRİ ilə nüvə müharibəsinin qarşısını alan Soyuq Müharibə zəmanətlərinə malik deyil. Bu da Çin və Qərb arasında “nəzarətsiz münaqişə” ehtimalını artırır.

Onun sözlərinə görə, dünya genetik silahlar, kosmik sistemlər və lazerlərdən gələn təhdidlərlə birlikdə "təhlükəli yeni eskalasiya dövrünə" qədəm qoyur.

“Dürüst olmalıyıq – strateji sabitlik təhlükə altındadır. "Biz yeni təhlükəsizlik düzəni haqqında düşünməyə başlamalıyıq”,-deyə britaniyalı müşavir Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışında söyləyib.

Stivenin firkincə, Çin təkcə nüvə deyil, hibrid silahların inkişafı ilə bağlı dünyanı münaqişəyə sürükləyə bilər.

“Soyuq müharibə illərində biz sovet doktrinasına və imkanlarına dair anlayışımızı yaxşılaşdıran bir sıra danışıqlar və dialoqlardan faydalana bilirdik. Bu, hər ikimizə nüvə müharibəsinə aparan yolda səhv hesablamalar aparmayacağımıza dair əminlik verirdi. Bu gün gələcəkdə bizi təhdid edə biləcəklərlə, xüsusən də Çinlə ortaq dilimiz yoxdur”.

Müşavirin sözlərinə görə, bugünkü dünyada “daha geniş strateji risklər və eskalasiyaya aparan yollar” hələ qalıb.

“Bütün bunlar Rusiyanın müqavilə öhdəliklərini dəfələrlə pozması, eləcə də Çinin nüvə və adi arsenallarını genişləndirməsinin sürəti və miqyasının məhdudlaşdırılması, habelə silahlara nəzarətlə bağlı sazişlərdə iştirak etməkdən çəkinməsi ilə daha da dərinləşir”, deyə o əlavə edib.

Stiven Lavqrov Uinston Çörçilldən sitat gətirərək, rəqiblərlə ünsiyyət xətlərini açıq saxlamağa çağırıb: “Müzakirələr aparmaq döyüşməkdən yaxşıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR