İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya mediası: "OPEC+ Qərbə üçqat zərbə vurur"

"Bəzi OPEC+ üzv dövlətlərinin neft hasilatını azaltmaq qərarı Qərb ölkələrinə üçqat zərbədir".

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzetinin köşə yazarı Melissa Louford yazıb.

“Yüksək neft qiymətləri inflyasiyanı stimullaşdıracaq. OPEC+ qərarı Səudiyyə Ərəbistanının Qərbdən üz döndərərək Çinlə yaxınlaşdığını göstərir. Neftin qiymətinin artması ilə həm də gəlirlər artacaq, Rusiyaya qarşı sanksiyaları yumşaldacaq”, – jurnalist bildirib.

Onun fikrincə, Moskvaya məhdudiyyətlərin tətbiqi gecikib. Louford izah edib ki, onlar yalnız keçən ilin dekabrında qüvvəyə minib və Rusiyanın gəlirləri azalmağa başlayanda, “OPEC işə qarışıb və onları yenidən stimullaşdırıb”. O, iddia edib ki, Səudiyyə Ərəbistanının enerji siyasəti Vaşinqtona qarşı yönəldiyi üçün Moskva hazırda qalib mövqedədir.

OPEC+ sazişinin 20 iştirakçısından 9-u, o cümlədən Rusiya aprelin 2-də neft hasilatını azaltmaq qərarına gəldikdən sonra yanacağın qiymətləri kəskin artıb. Bildirilir ki, WTI markalı xam neftin may fyuçerslərinin dəyəri 7,12 faiz artaraq 81,09 dollar/barelə, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 7,13 faiz artaraq 85,59 dollar/barelə çatıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR