İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya BMT-nin Folklend adaları ilə bağlı qətnaməsini pozmaqda ittiham edilib

İberoamerikan sammitinin iştirakçıları Londonun BMT qətnamələrinə əməl etməməsinə diqqət çəkərək Argentina və Böyük Britaniyanı mübahisəli Folklend (Malvin) adaları ilə bağlı danışıqları bərpa etməyə çağırıblar.

Musavat.com xəbər verir ki, bu barədə şənbə günü Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iştirakçı ölkələrin nümayəndələri mübahisəli adalarla bağlı məsələ barədə xüsusi bəyanat qəbul ediblər. “Böyük Britaniyanın mübahisəli ərazidə məşğul olduğu bərpa olunan və bərpa olunmayan təbii sərvətlərin kəşfiyyatı və hasilatı üzrə birtərəfli fəaliyyətə gəldikdə, beynəlxalq ictimaiyyət birtərəfli qaydada münaqişə ilə bağlı vəziyyəti dəyişdirən qərarlar qəbul etməkdən çəkinməyə çağırır. Malvin adaları BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsində təsbit olunub”, - nazirlikdən bildiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR