İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır - Səfir

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.

Bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Böyük Britaniya səfiri Ceyms Şarp Trend-in sualını cavablandırarkən deyib.

"Minaların təmizlənməsi prosesi hələ də davam edir. Böyük Britaniya bu məsələdə Azərbaycana dərhal yardım göstərdi. Biz BMT-nin İnkişaf Proqramına maliyyə və Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim etmişik. Bir sıra Britaniya şirkətləri bunun üzərində işləyir", - səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR