Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Brilliant Dadaşova mərhum Xalq artisti Arif Babayevin xatirəsinə ifa təqdim edib.
Tanınmış müğənni həmin görüntüləri şəxsi sosial media hesabında paylaşıb.
Brilliant Dadaşova çıxışında ölkənin çox önəmli bir ustadı itirməsindən danışıb:
"Bu gün Azərbaycanımız üçün çox önəmli bir ustadı itirdik. Heyflər olsun. Ruhu şad olsun. Arif Babayevin xatirəsinə oxumaq istəyirəm".
Duyğusal notlarla müşayiət olunan paylaşımında Dadaşova "Bu dünyanı nağıl bilək" mahnısını ifa edib.
Onun bu jesti sosial mediada izləyicilərin rəğbəti ilə qarşılanıb.
Qeyd edək ki, Arif Babayev dünən səhər saatlarında dünyasını dəyişib. (Yenisabah.az)
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ