Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 3-də Xarkov və Poltava vilayətlərində enerji infrastrukturuna edilən hücumlardan sonra Ukrayna qaz hasilat imkanlarının 60 faizindən çoxunu itirib.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Ukrayna hökumətindəki mənbəyə istinadən yayıb. Bildirilir ki, ölkə bu şəraitdə "qışdan sağ çıxmaq üçün" yanacağın idxalına təxminən 1,9 milyard avro xərcləmək məcburiyyətində qalacaq.
Agentliyin məlumatına görə, enerji infrastrukturuna hücumlar davam edərsə, Kiyev 2026-cı ilin mart ayının sonuna qədər təxminən 4,4 milyard kubmetr qaz almalıdır. Bu həcm ölkənin illik enerji istehlakının 20 faizinə bərabərdir.
Bloomberg qeyd edib ki, Ukrayna bu il artıq xarici təchizatçılardan təxminən 4,6 milyard kubmetr qaz alıb. Kiyev hesab edir ki, bu ilin sonuna kimi onun 5,8 milyard kubmetr qaza ehtiyacı olacaq, lakin bu rəqəm bir sıra amillərdən, o cümlədən Ukraynanın enerji infrastrukturunu nə qədər tez bərpa edə biləcəyindən asılı olaraq arta bilər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ