İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyinə görə 170 ​​nəfər saxlanılıb

Bazar günü Braziliyanın paytaxtında iğtişaşlarda iştirak edən 170 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Söhbət ölkənin Milli Konqresinin (parlament -red) binasına soxulan və orada talan törədən vandallardan gedir. Parlament binasından olan kadrlarda çoxsaylı dağıntılar, sınmış və mebellər, hətta tonqallar da görünür.

Bundan əlavə, telekanal Prezident Sarayının binasından əlləri qandallı çıxarılan nümayiş iştirakçılarını da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasında iğtişaşçılar hakimlərin paltarlarını oğurlayıblar. Saxlanılan şəxslər avtobusla polis bölmələrinə aparılır.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyib.

Bundan əvvəl “CNN Brazil” 30 nəfərin saxlanılması haqqında məlumat verib. Onları 12 ilə qədər həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların mərkəzləşdirilmiş formada planlaşdırıldığını qeydə alıblar.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.

Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq. Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR