İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın məğlubiyyəti insidentlə nəticələndi, 1 nəfər öldü

DÇ-2022-nin 1/4 finalında Xorvatiya - Braziliya matçından (1:1, penaltilər seriyası 4:2) sonra insident yaranıb.

Qol.az "Wol"a istinadən xəbər verir ki, hadisə Braziliyada - San-Paulu ştatının Barretos şəhərində baş verib.

Matçın bitməsindən az sonra ticarət mərkəzində münaqişə başlayıb. Münaqişə ticarət mərkəzinin qarşısında davam edib və atışma ilə nəticələnən kütləvi davaya çevrilib. Hadisə zamanı 17 yaşlı qız güllə yarasından ölüb, rəfiqəsi yaralanıb.

Polisin məlumatına görə, 4 nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR