İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada keçmiş prezidentin tərəfdarları parlamentə basqın ediblər: Prezidenti paytaxtdan çıxarılıb-VİDEO

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları ölkənin paytaxtında Konqresin binasına basqın ediblər.

APA-nın G1 telekanalına istinadla məlumatına görə, polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar. “Folha” qəzetinin məlumatına görə, prezident Lula da Silva hazırda San-Pauludadır.

Aksiya iştirakçıları Braziliyada keçirilən prezident seçkilərinin nəticələrindən narazıdır.

***

Braziliyanın yeni seçilmiş prezidenti Lula da Silva paytaxtdan çıxarılıb.

APA-nın “Folha” qəzetinə istinadla məlumatına görə, dövlət başçısı hazırda San-Paulu şəhərindədir. Prezident və 3 nazir vəziyyəti təhlil edir, ölkəyə dəyən ziyanı araşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR