İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidenti həkim məsləhəti ilə Çinə səfərini təxirə salıb

Braziliya prezidenti Luis İnasio Lula da Silva pnevmoniyaya görə Çinə səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tvitter hesabında yazıb.

Yeni səyahət tarixi hələ təyin edilməyib. Da Silva ilə birlikdə yüzlərlə braziliyalı fermerin, həmçinin qubernatorların, senatorların, deputatların və nazirlərin də daxil olduğu böyük bir nümayəndə heyətinin Çinə yola düşəcəyi gözlənilir.

Ən azı 20 ikitərəfli sazişin imzalanması elan edilib. Braziliya üçün Çin bu həftə fitosanitar səbəblərə görə ixracı müvəqqəti dayandırılan mal əti üçün mühüm bazardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR