İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya “Ndrangeta” mafiyasının başçısını İtaliyaya ekstradisiya edib

Braziliyanın hüquq-mühafizə orqanları narkotik ticarəti üzrə dünyanın aparıcı qruplaşmalarından biri hesab olunan “Ndrangeta” mafiyasının başçısı Rokko Morabitonu İtaliyaya ekstradisiya edib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, mafiya başçısını gətirən təyyarə səhər saatlarında Romanın “Ciampino” hava limanına enib.

Qeyd olunur ki, 56 yaşlı Rokko Morabito və digər iki mafiya üzvü 2021-ci ilin mayında Braziliya Federal Polisi tərəfindən həbs edilib. Əməliyyat İtaliya karabinyerlərinin, FTB-nin və ABŞ-ın narkotiklərlə mübarizə idarəsinin (DEA) dəstəyi ilə həyata keçirilib. Morabito İtaliyada 30 il müddətinə azadlıqdan məhrum edilmişdi.

“Ndrangeta” İtaliyanın Kalabriya vilayətində yerləşən böyük mütəşəkkil cinayət qruplaşmadır. O, Siciliya, “Cosa Nostra” və “Neapol Kamorrası” mafiyaları qədər məşhur olmasa da, dünyanın ən güclü cinayətkar qruplaşmalarından biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR