İnsanlara hürriyət, millətlərə istiqlal!

“BQXK -ın nümayəndələri məsuliyyətə cəlb olunmalıdır”-Politoloq

 

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) özünün nizamnaməsinə uyğun fəaliyyət göstərməməsi bizə çoxdan məlum idi. II Qarabağ müharibəsinə qədər Ermənistanın Azərbaycana qarşı atdığı addımlar, xüsusilə I Qarabağ müharibəsi zamanı əsir düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının müqəddəratı ilə bağlı heç bir məlumatın verilməməsi, bu istiqamətdə BQXK-ın atdığı addımlar, yəni Ermənistana münasibətdə heç bir tədbirin görülməməsi bizə onu deməyə əsas verir ki, bu təşkilat ədalətli fəaliyyətlə məşğul deyil”.

Bu fikirləri Musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, təəssüf ki, komitə dünyada özü haqqında tamamilə fərqli fikir formalaşdırıb: “BQXK zamanında Azərbaycan ərazisində baş verən hadisəni özləri istəyən kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla bizə qarşı ittihamlar səsləndirməyə çalışıblar. Azərbaycan Laçında nəzarət buraxılış məntəqəsi yaratmaqda haqlıdır. Bizim narahatlığımızın ciddi əsasları var idi. Əsas səbəblərdən biri BQXK kimi təşkilatların qanunsuz fəaliyyətlə məşğul olması idi. Qarabağ Ermənistan tərəfindən cinayət platformasına çevrilmişdi, buna görə də ayrı-ayrı şəxslər, təşkilatlar bu prosesin bir parçası oldu”.

Politoloq qeyd etdi ki, BQXK beynəlxalq hüquqa, ön nizamnaməsinə uyğun fəaliyyət göstərirsə, Bakı ofisi olduğu halda, keçmiş münaqişənin predmeti olmuş ərazidə fəaliyyət göstərməsi qeyri-legitimdir:

“Hesab edirəm ki, qaçalmalçılıqla məşğul olmuş komitə nümayəndələri məsuliyyətə cəlb olunmalı, Qarabağda fəaliyyətini dayandırılmalı, bununla bağlı Azərbaycana rəsmi məlumat verməlidirlər. Onların təhlükəsizliyinin təminatçısı yalnız Azərbaycan ola bilər. Bunu nəzərə alaraq, Azərbaycanla münasibətlərinə ciddi önəm verməlidirlər”.  

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR