Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın BP şirkəti Castrol brendi altında fəaliyyət göstərən sürtkü yağları biznesini satmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.
Agentliyin mənbələri bildiriblər ki, biznes təxminən 10 milyard dollar dəyərində ola bilər.
Castrol-un satışı BP tərəfindən araşdırılan çoxsaylı variantlardan biridir. Agentliyin mənbələri qeyd edir ki, bu biznes Elliott Management heyc fondunun satılmasını təklif etdiyi aktivlər arasındadır.
Xatırladaq ki, Elliott BP-nin 3,7 milyard funt sterlinq (4,7 milyard dollar) dəyərində səhmlərini alıb və şirkətin xərclərini kəskin şəkildə azaltmaq, bəzi aktivlərini satmaq istəyir.
Castrol avtomobil, aviasiya, su və dəmir yolu nəqliyyatı və sənaye sektoru üçün yüksək keyfiyyətli yağlar və texniki mayelər istehsal edir. Brendin məhsulları dünyanın 150-dən çox ölkəsində, o cümlədən Azərbaycanda satılır.
Qeyd edək ki, BP ötən il Azərbaycan qazını Avropaya çatdıran TAP boru kəmərindəki payının bir hissəsini də satıb. Şirkət rəhbərliyi Azərbaycandakı aktivlərin yüksək gəlirliliyə malik olduğunu və onların satılmasının planlaşdırılmadığını açıqlayıblar.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ