İnsanlara hürriyət, millətlərə istiqlal!

"Böyük dəbilqə": Zelim Kotsoyev qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən "Böyük dəbilqə" turnirində qızıl medal qazanıb. 

Musavat.com-un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub. 

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR