İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya kralı III Çarlz Türkiyəyə başsağlığı verdi

Böyük Britaniya kralı III Çarlz Türkiyəyə başsağlığı verib.

Kral dağıdıcı zəlzələlərdən sonra dərc etdiyi başsağlığı mesajında özünün və həyat yoldaşının bu xəbərdən çox kədərləndiklərini bildirib.

“Mən bu dəhşətli faciənin verdiyi kədərin və itkilərin həcmini yalnız təsəvvür edə bilirəm. Xüsusilə yaxınlarını itirənlərin ailələrinə ən dərin və səmimi başsağlığımızı çatdırmaq istərdim. Düşüncələrimiz və dualarımız bu dəhşətli təbii fəlakətdən zərərçəkmiş bütün insanlarla, eləcə də fövqəladə hallar xidmətləri və xilasetmə işlərində kömək edənlərlədir”, - deyə o qeyd edib.

Mənbə: Haber Global 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR