İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Consonun fəaliyyətinə həsr olunmuş serial hazırlanır

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conosunun hökumət başçısı kimi fəaliyyətinin ilk aylarına həsr olunmuş serial hazırlanır.

“Report” bildirir ki, bu barədə “Sky nyus” məlumat yayıb.

Qeyd olunub ki, serialın ilk seriyası bir həftə sonra, sentyabrın 28-də efirə veriləcək.

Consonu məşhur britaniyalı aktyor Kenneth Branagh, onun həyat yoldaşı Kerrini isə Ofeliya Lovibond canlandıracaq.

Xatırladaq ki, Conson Baş nazir postunu 2019-cu il iyulun 24-dən tuturdu. O, 2022-ci il sentyabrın 6-da bu postundan uzaqlaşıb. Hazırda Baş nazir vəzifəsini Liz Tras tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR