İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson son bir ildə ən çox maaş alan deputat olub

Böyük Britaniya İcmalar Palatasının deputatları parlament maaşlarına əlavə olaraq 8 milyon funt-sterlinq gəlirlərini təqdim ediblər. Keçmiş baş nazir Boris Consonun gəliri həmin məbləğin dörddə birindən çoxunu təşkil edirmiş.

Musavat.com xəbər verir ki, bu barədə PA Media portalı məlumat yayıb.

Keçmiş baş nazir deputat kimi aldığı 84 min funt-sterlinq maaşa əlavə olaraq son 12 ayda 2,3 milyon funt-sterlinq qazanıb. Bu pulların demək olar ki, hamısı Consonun vəzifəsindən getməsindən sonra daxil olub. Buraya müxtəlif platformalarda çıxışlarına görə aldığı 1,8 milyon funt-sterlinq və gələcəkdə yayımlayacağı xatirələri üçün 510 000 funt-sterlinq daxildir.

Consonun ümumi gəliri onu son bir ildə ən çox maaş alan deputat edir və sələfi Tereza Meyi xeyli qabaqlayır. Britaniyanın sonuncu qadın baş naziri çıxışlarına görə 965 000 funt-sterlinq qazanır. Meyin gəlirinin böyük hissəsi şəxsi kabinetinin və xeyriyyə işlərinin maliyyələşdirilməsinə sərf olunur. Keçmiş baş nazir deputatın maaşından əlavə illik 85 min funt-sterlinq gəlir qazanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR