İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson baş nazirliyə namizəd olmaq üçün tələb olunan imza sayını topladı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 100-dən çox mühafizəkar deputatın dəstəyini qazanıb ki, bu da ona partiya lideri və hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Sky News kanalı məlumat yayıb.

Sabiq hökumət başçısının rəqibləri, keçmiş maliyyə naziri Rişi Sunak və İcmalar palatasının lideri Penni Mordaunt müvafiq olaraq 125 və 23 deputatın açıq dəstəyini qazanıb.

Sunakın tərəfdarları Consonu dəstəkləyən Mühafizəkar deputatların siyahısının dərc olunmasını tələb edirlər. Onlar həmin 100 deputatın həqiqətən mövcud olduğuna şübhə ilə yanaşırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR