İnsanlara hürriyət, millətlərə istiqlal!

Borc əmələ gəldi, Premyer Liqa klubu çətin vəziyyətə düşdü

“Sumqayıt” gözləmədiyi problemlə üzləşib.

“Azəriqaz” Premyer Liqanın ilk 3 turunda iki qələbə qazanan “kimyaçılar”ın qazını kəsib.

Komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüsenynzadə adına stadion hazırda təbii yanacaq üzünə həsrət qalıb. Buna səbəb arenanın adıçəkilən təşkilata borcunun yaranmasıdır.

Çox qəribədir ki, stadionu tikən yerli İcra Hakimiyyəti (İH) indi həmin borcu ödəmək istəmir. İH problemi klubun üzərinə “yükləmək” niyyətində düşüb, ancaq məsələ açıq qalıb.

Çünki “kimyaçılar” kompleksin onun balansında olmamasını əsas gətirib. Yəni ki, bura bizə aid deyilsə, niyə artıq xərc çəkək? (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR