İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Ukraynaya “Tomahawk” raketlərinin verilməsini təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin verilməsi imkanını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Trampın ixtiyarındadır.

Mənbənin bildirdiyinə görə, Pentaqon artıq bu silahların texniki transferi və operativ tətbiqi üçün zəruri mexanizmləri nəzərdən keçirib. Raketlərin Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı, xüsusən də uzaq məsafəli hədəflərə zərbələr endirmək imkanını genişləndirəcəyi vurğulanır.

Xatırladaq ki, “Tomahawk” raketləri ABŞ ordusunun ən effektiv uzaqmənzilli zərbə vasitələrindən sayılır və 1 600 kilometrədək məsafədəki hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. 

Qeyd edək ki, Donald Tramp az öncə Pentaqon rəhbəri Pit Xeqsetlə danışıb. Pentaqon rəhbəri Pit Xeqsetin sözlərinə görə, Ukraynaya “Tomahawk” raketlərinin ötürülməsi üçün bütün texniki və logistik hazırlıqlar tamamlanıb. ABŞ Prezidenti Donald Trampla baş tutan son danışıqdan sonra prosesin yalnız siyasi qərarın verilməsini gözlədiyi bildirilir.

Məlumata əsasən, ilkin mərhələdə Ukraynaya 45 ədəd “Tomahawk” raketi təhvil veriləcək və bu paket gələcəkdə genişləndirilə bilər.

Rəsmi Vaşinqtonun bu qərarı bölgədə qüvvələr balansına mühüm təsir göstərə bilər.  

 

Musavat.com

88c34d71-c06c-44d2-899f-276f4910d443.jpeg (41 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR