İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanın sabiq Prezidenti: “Bakıda olmağımdan çox şadam”

“Bakıda olmaqdan, həmçinin Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin və ticarət əlaqələrinin inkişafına yardım göstərməkdən çox şadam”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev deyib.

“Fəxr edirəm ki, Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvüyəm”, - o bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR