Onlayn ictimai-siyasi qəzet
2023-cü il Azərbaycan tarixində xüsusi bir il olub.
"Report" xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev martın 14-dən 16-dək Bakıda keçiriləcək XI Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü il Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə əlamətdardır.
R.Plevneliyev onu da qeyd edib ki, bu il müzakirələr xüsusi əhəmiyyət kəsb edəcək, çünki onların böyük hissəsi COP29-a hazırlıqlara həsr olunacaq.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ