Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün beynəlxalq dəniz koordinasiya mərkəzi yaratmağı təklif edir
Musavat.com xəbər verir ki, Bolqarıstan Qara dənizin qərb hissəsində gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə çoxmillətli dəniz koordinasiya mərkəzinə ev sahibliyi etməyi təklif edib. Bu barədə ölkənin baş naziri Rozen Jelyazkov Parisdə keçirilən danışıqlardan sonra bildirib.
Bolqarıstan hökumətinin yaydığı məlumata görə, təklif olunan mərkəz daimi dəniz müşahidəsini həyata keçirəcək, potensial təhdidlər və düşmən fəaliyyətləri barədə erkən xəbərdarlıq sistemi yaradacaq. Eyni zamanda, Qara dənizdə kritik sualtı infrastrukturun təhlükəsizliyini artırmaq məqsədilə fəaliyyət göstərəcək.
"Əsas məqsəd gəmiçilik qaydalarını müəyyən etmək, dənizdə və havadan müşahidə aparmaq, eləcə də kritik infrastrukturu və mümkün düşmən fəaliyyətlərini izləməkdir", – deyə Jelyazkov vurğulayıb.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ