İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan sülh sazişini hədəfə aldı: keçmiş nazirdən növbəti sərsəmləmələr

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yenidən Azərbaycana qarşı qərəzli və düşmənçilik dolu açıqlamalarla gündəmə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, son çıxışında baş nazir Nikol Paşinyanı “kapitulyasiya” ilə günahlandırıb, hökumətin imzaladığı sənədləri isə “erməni suverenliyinin təslimi” kimi dəyərləndirib.

Oskanyan bildirib ki, hazırkı hakimiyyət Qarabağın itirilməsinə, minlərlə erməninin həlak olması və itkin düşməsinə, eləcə də “Ermənistan ərazilərinin Azərbaycana keçməsinə” (Oskanyan həyasızlıqla Azərbaycanın qanuni ərazisini belə qələmə verib-red.) görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması “ölkənin strateji mənafelərinə ziddir” və bu addım “suverenlik üçün yeni təhlükələr” yaradır.

Eks-nazir əlavə edib ki, imzalanmış sənədlər diplomatik uğur deyil, təzyiq altında qəbul olunmuş razılaşmalardır: “Əgər bu, uğurdursa, niyə həmin sənədlərin müəllifləri çıxıb cəmiyyət qarşısında cavab vermir, ‘kapitulyasiya uğruna alqışlardan’ həzz almırlar?” – deyə Oskanyan danışıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR