İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanda həmkarlar ittifaqlarının nümayəndələri parlament binasını blokadaya alıblar

Sofiyada Bolqarıstan parlamentinin binası qarşısına toplaşan yüzlərlə etirazçı deputatlardan dövlət sektoru işçilərinin maaşlarının artırılması ilə bağlı reqlamentin qəbul edilməsini tələb ediblər.

AZƏRTAC xəbər verir ki, etirazçılar ölkənin ali qanunverici orqanının binasının əsas girişini bağlayıb və ərazidə bir neçə çadır qurublar. Polis nümayişçiləri dağıtmaq üçün heç bir tədbir görmür.

Xatırladaq ki, iyunun 23-də Bolqarıstan Milli Assambleyasının növbəti iclası kvorum olmadığı üçün ləğv edilib. Bundan əvvəl Bolqarıstan parlamenti Baş nazir Kiril Petkovun rəhbərlik etdiyi hökumətə etimadsızlıq səsverməsi keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR