İnsanlara hürriyət, millətlərə istiqlal!

Boliviyada prokuror sabiq dövlət başçısına 15 il həbs cəzası tələb edir

Boliviya Baş prokurorluğu prezident vəzifələrinin sabiq icraçısı Janin Anyesə dövlət çevrilişi ittihamı üzrə 15 il həbs cəzası tələb edir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Xuan Lançipa məhkəmə dinləmələrinin yekun mərhələsindən öncə deyib.

Ötən il martın 13-dən həbsdə saxlanılan Janin Anyes dövlət çevrilişi üzrə cinayət işinin bir hissəsi olaraq terror, sui-qəsd və qiyama təhrik maddələri üzrə ittiham edilir. O isə özünü siyasi təqibin qurbanı sayır.

2019-cu ilin noyabr ayında yenidən Boliviya prezidenti seçilən Evo Morales hərbçilərin dəstəklədiyi etirazlar fonunda istefa verməyə məcbur olub. Həmin dövrdə Senatorlar Palatasının ikinci vitse-spikeri olan Janin Anyes yeni seçkilər keçirilənə qədər dövlət başçısı vəzifəsini öz üzərinə götürdüyünü elan edib və nazirlər kabinetini formalaşdırıb. 2020-ci ilin oktyabrında ölkədə yeni səsvermə keçirilib və nəticədə Evo Moralesin silahdaşı Luis Arse prezident seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR