İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgə ölkələri Bəşər Əsədin TALEYİNİ həll edir - 19 mayda...

İordaniyanın paytaxtı Əmmanda 12 illik vətəndaş müharibəsi boyunca hakimiyyətini qoruyub saxlaya bilən Bəşər Əsədin Ərəb Dövlətləri Liqasına qayıdışı müzakirə edilib.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirlərinin iştirak etdiyi sammit İordaniyanın xarici işlər naziri Eymen əs-Safedi və Suriyanın xarici işlər naziri Feysəl Mikdatın ikitərəfli görüşü ilə başlayıb. Daha sonra kollektiv danışıqlara start verilib.

İordaniya Xarici İşlər Nazirliyi bu tədbirin ötən ay Səudiyyə Ərəbistanında keçirilən danışıqların birinci hissəsinin davamı olduğunu bildirib. Nazirlik qeyd edib ki, iştirakçı ölkələr Suriya hökuməti ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Suriyanın dünya səhnəsinə olmasa da, regional liqaya qayıtma səyləri 6 fevral Kahramanmaraş zəlzələlərindən sonra sürətlənib. Bir vaxtlar Əsədə qarşı silahlı qüvvələri dəstəkləyən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rejimə dəstəyini göstərmək üçün ötən ay Dəməşqə səfər edib. Vətəndaş müharibəsi səbəbindən regional birlikdən xaric edilən Suriyanın bu ayın 19-da Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi Ərəb Dövlətləri Liqasının toplantısında üzvlüyünü bərpa edəcəyi gözlənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR