İnsanlara hürriyət, millətlərə istiqlal!

BOK Rusiyanı yenə Olimpiya hərəkatından kənarlaşdırdı

Bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsini olimpiya hərəkatının fəaliyyətindən kənarlaşdırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya təşkilatı artıq milli olimpiya komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə ala bilməz.

Yeni tədbir Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğalının yerli Olimpiya komitəsi tərəfindən tanınması ilə bağlıdır.

"Qərar Ukrayna MOK-nin ərazi bütövlüyünü pozur", - deyə Beynəlxalq Olimpiya Komitəsinin sözcüsü Mark Adams bildirib.

Rusiya idmançıları 2022-ci ildə Ukraynaya işğal hərəkatı başlayandan bəri beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bu ilin martında BOK Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verilməsini tövsiyə edib.

Bunun üçün idmançılar aşağıdakı şərtlərə cavab verməlidirlər:

öz ölkələrinin bayraqlarından, himnlərindən və rəmzlərindən istifadə etmədən neytral statusda çıxış etməlidirlər;

komanda yarışlarına buraxılmadan fərdi çıxış etməlidirlər;

idmançılar Ukraynanın işğalını dəstəkləməməlidirlər;

idmançılar silahlı qüvvələrin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri olmamalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR