İnsanlara hürriyət, millətlərə istiqlal!

Böhran bitdi, yeni böhran başlayır - Makkarti deputatlara NƏLƏR VƏD EDİB?

ABŞ Respublikaçılar Partiyasının konqresmeni, 57 yaşlı Kevin Makkarti ifrat sağçı deputatlara prezident Co Bayden və onun administrasiyasına qarşı çoxsaylı araşdırmalar aparacağını vəd etdikdən sonra 15-ci turda qalib gəlib və ABŞ Nümayəndələr Palatasının spikeri seçilib.

Musavat.com xəbər verir ki, "atam həmişə deyirdi ki, necə başladığın deyil, necə bitirdiyin önəmlidir" deyən Makkarti keçmiş prezident Donald Trampın ona dəstək olduğunu və gecə saatlarında etdiyi zənglərdə ona son səsləri almağa kömək etdiyini açıqlayıb.

İddia olunur ki, qütbləşmiş Respublikaçılar partiyasına rəhbərlik edərkən böyük problemlərlə üzləşəcəyi gözlənilən Makkarti partiyasındakı müxalifət deputatlarına prezident Co Bayden və onun administrasiyası haqqında çoxsaylı araşdırmalar başlatmaq, Ukraynaya yardımı məhdudlaşdırmaq, abort qanunu və immiqrasiya ilə bağlı vədlər verib.

Bu isə parlamentdə bir çox yeni böhran və problemlərə səbəb ola bilər.

ABŞ prezidenti Co Bayden isə “bacardığı qədər" respublikaçılarla işləməyə hazır olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR