İnsanlara hürriyət, millətlərə istiqlal!

Bodrumda meşə yanğını söndürüldü

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşədə başlayan yanğın hava və qurudan edilən müdaxilə nəticəsində söndürülüb.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 2 hektar əraziyə ziyan dəyib.

xxx

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində yanğın başlayıb.

“Report” xəbər verir ki, yanğınsöndürmə xidmətinin qurudan və havadan müdaxiləsi nəticəsində yanğın nəzarətə alınıb.

Bildirilib ki, yanğının dəqiq səbəbi məlum deyil.

Məlumata görə, yanğın başlayandan sonra bölgəyə 7 təyyarə, 6 helikopter, həmçinin 20-dən çox xüsusi texnika cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR