İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT üzv dövlətləri Türkiyəyə dəstək olmağa çağırıb

"Türkiyə və Suriyadakı zəlzələ bölgəsində BMT-nin ümumilikdə 1 428 beynəlxalq və yerli əməkdaşı fəaliyyət göstərir".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

S.Düjarrik sahədəki BMT işçilərinin sayının artdığını və heyətin daha çox koordinasiya rolunu oynadığını bildirib:

"Suriya və Türkiyə yardımından çox məmnun olduğumuzu söyləmək çətindir, çünki daha çox vəsait lazımdır. Zəlzələ bölgəsi riskli region olaraq qalır. Bölgədəki humanitar fəaliyyətlərə, eləcə də axtarış xilasetmə fəaliyyətlərinə töhfə verən ölkələrdən gələn dəstəklər sürətəndirilməlidir. Çünki insan həyatı risk altındadır. Bütün üzv dövlətləri Türkiyə və Suriya ilə həmrəylik göstərməyə çağırırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR