İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT QAK əməkdaşlığı genişləndirir


BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə birlikdə sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın ədalət mühakiməsi sisteminə çıxış imkanının yaxşılaşdırılmasına həsr olunmuş seminar təşkil edib.

Musavat.com xəbər verir ki, “Sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli ədalət mühakiməsi sisteminə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda seminarın
keçirilməsində məqsəd sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin qanuni hüquqlarına dair beynəlxalq rəhbər prinsipləri və tövsiyələri təbliğ etmək, habelə Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurunun apellyasiya komponentinin keyfiyyətini müzakirə edilməsi olub.

Seminarda hakimlər, vəkillər, dövlət orqanlarının nümayəndələri, universitet professorları və BMT QAK-ın Bakı ofisinin mütəxəssisləri iştirak ediblər. İştirakçıları salamlayan BMT QAK-ın Ölkə üzrə Nümayəndəsi Bik Lum həssas qrupların milli ədalət mühakiməsi sisteminə çıxışını təşviq etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb:

“Onların üzləşdiyi maneələri müəyyən etmək, bu maneələri aradan qaldırmaq, qarşılanmayan hüquqi ehtiyaclara reaksiya vermək və insan hüquqlarının pozulmasının qarşısının alınması vasitəsi kimi ədalət mühakiməsindən istifadə etmək olduqca önəmlidir”.

Seminar iştirakçıları qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı əsas mövzuları, o cümlədən, milli sığınacaq sisteminə yönləndirmə mexanizmləri, sığınacaq axtaran şəxslərlə bağlı məhkəmə sisteminin rolu, səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququ, mənşə ölkəsi barədə məlumatların əhəmiyyəti və Əfqanıstanda qadın hüquqlarına xüsusi diqqət yetirilməklə sosial qrupların identikləşdirilməsi üzrə məsələləri müzakirə ediblər.

Seminarın ikinci günü vətəndaşlığı olmayan şəxslərin və vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi sahəsində vətəndaşlıq və vətəndaşsızlıqla bağlı beynəlxalq hüquqi bazaya tam uyğun olan milli təcrübələrə həsr olunub. Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi ilə bağlı əldə edilmiş nailiyyətlər və müsbət məhkəmə presedentləri nəzərdən keçirilib. Mövzular üzrə müzakirələr vətəndaşsızlığa son qoymağı hədəfləyən və problemin həlli üçün çoxtərəfli səylərin vacibliyini vurğulayan qlobal təşəbbüs olan #IBelong kampaniyasına töhfə vermək məqsədi ilə aparılıb.

İki gün davam edən seminar sayəsində vəkillər və hakimlər məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı aktual problemləri öz nöqteyi-nəzərindən təqdim etmək, problemləri təhlil etmək və milli qanunvericilik çərçivəsində onların mümkün həll yollarını təklif etmək imkanı əldə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR