İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Müharibə başlayandan Avropaya 8 milyon ukraynalı gəlib

Ukraynada müharibə başlayandan bəri Avropaya 8 milyondan çox ukraynalı qaçqın gəlib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Komissarlığın məlumatına görə, son iki həftə ərzində qaçqınların sayı 25 min nəfər artıb.

Ötən il fevralın 24-dən bəri ukraynalı miqrantların əksəriyyətini Polşa (1,563 milyon) və Almaniya (1,055 milyon) qəbul edib. İlk onluqda həmçinin Çexiya, İtaliya, İspaniya, Böyük Britaniya, Bolqarıstan, Fransa və Rumıniya yer alıb. Onların hamısında, eləcə də Slovakiya və Moldovada ukraynalı qaçqınların sayı 100 min nəfəri ötür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR