İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən Talibansız Əfqanıstan TOPLANTISI - 25-ə yaxın dövlət bir araya gəldi

Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin sədrliyi ilə Əfqanıstanla bağlı toplantı keçirilib.

Musavat.com AFP-ə istinadən xəbər verir ki, iki gün davam edən görüşdə ABŞ, Çin, Rusiya, bəzi Avropa dövlətləri, həmçinin Pakistandan olan diplomatlar və rəsmilər iştirak ediblər.

2021-ci ilin yayından Əfqanıstanı idarə edən Taliban 25-ə yaxın dövlət və təşkilatın iştirak etdiyi toplantıya dəvət edilməyib.

Talibanın Dohadakı nümayəndəliyinin rəhbəri Süheyl Şahin bildirib ki, görüşə dəvət edilməsə də, İngiltərə və Çin nümayəndə heyətlərinin üzvləri ilə görüşüb.

ABŞ və BMT-nin görüşdən əvvəl verdiyi açıqlamada Taliban administrasiyasının tanınmasının gündəmdə olmadığı vurğulanıb. Keçən həftə BMT Təhlükəsizlik Şurasının 15 üzvü yekdilliklə bütün ölkələri Əfqanıstana qadınların işləməsinə və təhsil almasına qoyulan qadağanı geri götürməsi üçün təzyiq göstərməyə çağırıb.

***

Qətərin paytaxtı Dohada BMT-nin baş katibi Antonio Quterreşin sədrliyi ilə Əfqanıstanla bağlı toplantı keçiriləcək.

Musavat.com xəbər verir ki, bir sıra ölkələrin nümayəndələrinin qatılacağı iki günlük sammitdə Talibanın qadınlara qarşı zülm siyasəti və Əfqanıstandakı humanitar səyləri müzakirə olunacaq.

Diplomatik mənbələrdən verilən məlumata görə, 25-ə yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı toplantıda Taliban nümayəndələrinin iştirakı gözlənmir. Lakin BMT nə Talibanın olmayacağını təsdiqləyib, nə də Dohada görüşün harada keçiriləcəyi və kimin iştirak edəcəyi barədə məlumat verib.

Danışıqlardan əvvəl ABŞ Dövlət Departamenti Talibanın tanınmasının masada olmadığını açıqlamışdı. Keçən həftə BMT Təhlükəsizlik Şurasının 15 üzvü yekdilliklə bütün ölkələri Əfqanıstana qadınların işləməsinə və təhsil almasına qoyulan qadağanı geri götürməsi üçün təzyiq göstərməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR