İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən narahatlığı artıran AÇIQLAMA - Əgər Rusiya bu addımı atsa...

BMT 2022-ci ilin iyununda BMT və Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında imzalanmış və Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya çatdırılmasını təmin edən taxıl müqaviləsinin iyulun 17-də başa çatmasından narahatdır.

Musavat.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş öz açıqlamasında deyib.

“Mən narahatam və biz Qara dəniz təşəbbüsünün davam edəcəyinə əmin olmaq üçün çox çalışırıq. Eyni zamanda Rusiyanın ixracatını asanlaşdırmaq üzərində işləyirik” - Quterreş bildirib.

Qeyd edək ki, Rusiya taxıl müqaviləsi çərçivəsində öz taxıl və gübrə daşımalarına qoyulan maneələrin də aradan qaldırılmasını tələb edir. Rusiyanın tələbləri arasında Ukraynanın Pivdennıy limanına boru kəməri ilə ammonyak ixracının bərpası və Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulması da daxildir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR