İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də QALMAQAL - Netanyahuya görə zalı tərk etdilər - VİDEO

İsrail Baş naziri Benyamin Netanyahu BMT-də çıxış edən zaman bir sıra ölkələrin nümayəndələri zalı tərk edib.

Musavat.com xəbər verir ki, Netanyahunun BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışının əvvəlində Türkiyə və digər bəzi ərəb dövlətlərinin nümayəndə heyətləri etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

Qeyd edək ki, Netanyahunun Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı ilə eyni vaxtda İsrail Livanın cənubuna hava hücumlarını davam etdirir.

"Əl-Ərəbiyyə" ajansı xəbər verir ki, Livanın cənubundakı Aanqoun şəhərinə hava hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR