İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloomberg: "Sanksiyalara baxmayaraq, Rusiyadan Çinə neft ixracı davam edir"

Qərbin sanksiyalarına baxmayaraq, bir sıra kompaniyalar Rusiya neftini Naxodka şəhərində yerləşən Kozmino limanından Çinə daşınmasını davam etdirir.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu marşrut tanker sahibləri üçün çox əlverişlidir. Onlar Ukraynadakı münaqişədən əvvəl qazandıqlarından üç dəfə çox gəlir əldə edirlər. Neft daşımaları Çin, Türkiyə və Yunanıstandan olan tanker sahibləri üçün adi biznesə çevrilib. Agentlik qeyd edir ki, “Aframaks” tipli tanker 730 min barelə yaxın xam neft daşıya bilir. Rusiya limanından Çinə gediş təxminən beş gün çəkir.

Son vaxtlar ESPO markalı neftin demək olar ki, hamısı Çinə daşınıb. Eyni zamanda, Rusiyadan Hindistana da tankerlər üzür.

Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı bir sıra Avropa ölkələri Rusiya neftinin idxalına qadağa qoyub. “Kpler” analitika kompaniyasının məlumatına əsasən, bunun nəticəsində cari ilin aprelində Asiya Rusiyadan neft idxalının həcminə görə ilk dəfə Avropanı ötüb. Rusiya neftinin ən böyük alıcıları Çin və Hindistandır. May ayında Çinə ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 55 faiz artıb. Rusiya bu göstərici üzrə Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsünə çevrilib. İyunda Rusiya neftinin Hindistana ixracı gündə 1,2 milyon barelə çatıb ki, bu da ölkəyə daxil olan bütün neftin dörddə birinə bərabərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR