İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloomberg: “ABŞ Rusiya əleyhinə sanksiyaların monitorinqində iştirakını azaldıb”

ABŞ Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edən beynəlxalq işçi qruplarında iştirakını azaldıb və bu, avropalı tərəfdaşların narahatlığına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ nümayəndələri anti-Rusiya sanksiyalarına riayət olunmasına nəzarət etmək üçün müttəfiqlər tərəfindən yaradılan bir sıra beynəlxalq işçi qruplarında fəaliyyəti azaldıblar. Bunu adının gizli qalmasını istəyən Avropa rəsmiləri bildirib.

Onların fikrincə, Vaşinqton müdafiə sənayesinin ehtiyacları üçün Rusiyaya komponentlərin və avadanlıqların tədarükünün qarşısını almaqla məşğul olan qrupun fəaliyyətində, demək olar ki, iştirak etmir. G7 ölkələri tərəfindən tətbiq edilən Rusiya neftinin qiymət həddinə riayət olunmasının monitorinqi mexanizmlərində də lazımi səviyyədə iştirak yoxdur.

Agentlik mənbələri bunun ABŞ-nin yeni administrasiyasının siyasi qərarı, yoxsa kadr çatışmazlığı ilə bağlı olduğuna əmin deyil. Bəzi görüşlər Amerikanın səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilib və bu, avropalıların fikrincə, qərarların qəbulunu çətinləşdirib, koordinasiyanın effektivliyinə təsir edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR