İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru addımlarını yüksək qiymətləndirirəm

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi "Twitter"də bildirib.

Blinken bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: "Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır", Dövlət katibi vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR