Onlayn ictimai-siyasi qəzet
Almaniya Qəzzadakı vəziyyətə görə İsrailə qarşı sanksiyalar tətbiq edə bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kansler Fridrix Merz bildirib ki, bu barədə qərar Yaxın Şərqdə səfərdə olan XİN rəhbərinin hesabatından sonra veriləcək.
Merz Qəzzada baş verənləri “qəbuledilməz” adlandırıb. Xarici işlər naziri Johan Vadeful əlavə edib ki, humanitar vəziyyət pisləşərsə, İsrail beynəlxalq təcrid vəziyyətində qala bilər.
Bir gün əvvəl Almaniya Böyük Britaniya və Fransa ilə birlikdə Qəzzaya humanitar yardım göndərməyə başlayıb. İki A400M təyyarəsi 34 palet yük çatdırıb.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ