Onlayn ictimai-siyasi qəzet
“Kino adamlarımız kasıb, boynubükük, məzlum olmasın. Arzu eləyirəm ki, ələbaxan olmasınlar”.
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov sosial şəbəkədə yazıb.
O, Azərbaycan kinosunun yaranmasının 125-ci ildönümündə şəxsi təəssüratlarını bölüşüb:
“Bu gün Kinomuzun günüdür. Arzu eləyirəm ki, Kino adamlarımız kasıb, boynubükük, məzlum olmasın. Arzu eləyirəm ki, ələbaxan olmasınlar. Yaşlı sənətkarlarımız cavanlara düşmən gözü ilə baxmasın, cavanlarımız yaşlılara. Kinoya pul tikinti sektoru tenderi şərtləri ilə ayrılmasın. Dövlətin sifariş verdiyi kinolar Sovet dövrünün plan sistemi ilə çəkilib, rəflərə qoyulmasın. Müəlliflərə hörmətlə yanaşılıb, filmləri nəyinsə qorxusundan qaytarılmasın. Kinoteatrlar yerli filmlərə gavur malı kimi baxmayıb, xüsusi yanaşsın, müəllifi tavana otuzdurmasın. Müəlliflər dövlətə sağımlıq inək kimi baxıb, pul dartmaq istəməsin, doğrudan çəkmək istədikləri filmləri çəksinlər. Dövlət sərt və realistik hekayələrdən qorxmasın. Tənqidçilərimiz hansısa marağa görə kimlərisə tənqid və tərif eləməsinlər. Nə tamaşaçılarımız kinomuza yuxarıdan aşağı baxsın, nə kino adamlarımız tamaşaçılarımıza.
Kinomuzu sadəcə sevək və yaxşı filmlər çəkək! Bayramımız mübarək!”
Könül
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ