İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi meşədə ağaca bağlayıb zorlayırdılar” - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI

Azərbaycandan Moskvaya çağırdığı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət əməlini törədən şəxs də qadındır. Məhkəmədə zərərçəkmişlərin verdiyi ifadələrdə şok təfərrüatlar üzə çıxıb. Onlar necə cinsi istismara məruz qaldıqlarını danışıblar. Buna etiraz etdikdə isə şantaj olunublar, işgəncələrə məruz qalıblar.

Təfərrüata keçməzdən əvvəl qeyd edək ki, bu kimi hallar tez-tez yaşanır. Qadınlar müxtəlif şəbəkələrin toruna düşürlər. Düzdür, onlar arasında bu yolu bilərəkdən seçənlər olsa da, aldadılaraq insan alverinin qurbanına çevrilənlər də az deyil. Daha əvvəl Türkiyəyə, Dubaya və başqa ölkələrə işləmək adı ilə aladılaraq aparılan qadınların başına gələn hadisələri ictimailəşdirmişik. Bir daha bu yazımız vasitəsi ilə çağırış edirik ki, xarici ölkələrdəki “asan iş, yaxşı maaş” vədlərinə aldanmayın...

Moskvadakı şəbəkə haqqında...

Həbs edilən Mətanət Məmmədova adlı qadının ləqəbi “Maşa” olub. İsintaqla müəyyən edilib ki, “Maşa” bu əməlləri 2014-cü ildən etibarən törətməyə başlayıb. O, qadınları aldadaraq Moskvaya çağırıb. Onların yol xərclərini özü çəkib, Moksvada qalacaqları yerləri də özü təşkil edib. Moskvaya yollanan qadınlar elə ilk gündən “Maşa”ya borclanmış olublar. Pasportlarını isə qeydiyyat üçün “Maşa”ya verdikdən sonra geri ala bilməyiblər.

“Maşa”nın restoranda aşbaz, xadimə, mağazada satıcı kimi dediyi işlərin əslini öyrənən qadınlar geri qayıtmaq istəsələr də “Maşa” onlara imkan verməyib. Ən azından onlara çəkdiyi xərcin geri qaytarılmasını tələb edib. Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, onlar məcbur qalıb tanımadıqları kişilərlə cinsiz münasibətdə olublar. “Maşa”ya borclarını ödəyən qadınlar Bakıya qayıtsalar da yenə də onun caynağından yaxa qurtara bilməyiblər. Buna səbəb isə onların Moskvada görüşdükləri kişilərlə çəkilmiş görüntülərinin “Maşa”da olması olub. “Maşa” onlara geri qayıtmayacaqları halda bu görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Onun bu hədəsindən qorxub geri qayıdan da olub, qayıtmayan da...

“Maşa” ifadəsində özünü sadəcə Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib.

Öz həyat hekayəsini danışan “Maşa” bildirib ki, 3 yaşı olanda qardaşı ailələrinə məxsus Bakıdakı evi satıb. Onu özü ilə Rusiyaya aparıb. Amma onu Moskvada küçəyə ataraq tərk edib. Tanımadığı ailə onu himayəsinə götürüb. İnternat məktəbini bitirdikdən sonra ailə həyata qurub və bir övladı olub. İndi isə üç övladı var. Üç övladlı ana olduğuna görə Moskvada ona ipotekaya 2 otaqlı ev verilib və orada yaşamağa başlayıb.

Özünün intim münasibət göstərmədiyini deyən “Maşa” bildirib ki, Moskvadakı əsas fəaliyyəti azərbaycanlı müğənnilərə kafe, restoran işlərində təşkilatçılıq etmək olub.

“Maşa” deyib ki, iş üzrə zərərçəkmiş kimi tanınan qadınlar bu yolu bilərəkdən seçiblər: “Mən onları tanıyanda pul qazanmaq üçün kişilərlə münasibətdə olurdular. Mən onları məcbur etməmişəm”.

İlk azərbaycanlı qadını onun yanına özbək Jasmin adlı qadının gətirdiyini deyən “Maşa” qeyd edib ki, o qızları yox, qızlar onu tapırmış. Qızlar kişilərlə münasibətdə olduqdan sonra ona bəxşiş verirmişlər.

“Görüşlər mənim evimdə olmayıb. Otel, sauna və restoranlarda olurdu. Mən qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə qızlar özləri sevinə-sevinə gedirdilər”, - deyən “Maşa” pasportları almasının səbəbini isə qeydiyyatla bağlı məsələləri həll etməklə əlaqələndirib.

“Maşa”nın sözlərinə görə, onun yanına gələn qızlar arasında Türkiyədən və başqa ölkələrdən deport olunanlar da olub. Dubaydan onun yanınan gələnlərin də çoxluq təşkil etdiyini söyləyib.

O, zərərçəkmiş şəxslərin xahişi əsasında onlara fahişəlik etməkdə kömək etdiyini qeyd edib.

“Maşa” məhkəmədə saxlanılan zaman zorakılğa məruz qaldığını, ona qarşı zor tətbiq edildiyini də sözlərinə əlavə edib.

Zərərçəkmişlərin ifadələri...

Zərərçəkmiş kimi tanınanlardan biri olan Rəna (ad şərtidir) Türkiyədə restoranda xadimə işləyirmiş. Şahnaz adlı Özbəkistan vətəndaşı ona deyib ki, Moskvada “Maşa” ləqəbli azərbaycanlı qadının restoranları var. Yaxşı maaşa xadimə, aşbaz, qabyuyan axtarır. Moskavaya gedən Rəna orada işin əslini öyrənib.

Rəna deyib ki, “Maşa” onun pasportunu qaytaramayıb və geri qayıtmaq üçün yol xərclərinə görə yaranmış borcunu ödəməsini tələb edib. Buna görə 10 gün Moskada qalaraq “Maşa”nın dediyi kişilərlə görüşüb. Hər görüş üçün 3 min rubl “Maşa”nın kartına köçürülüb. Rəna Bakıya qayıtdıqdan sonra kişilərlə olan münasibətini əks etdirən görüntüləri “Maşa” ona göndərib. Qayıtmayacağı halda həmin görüntüləri yayacağını deyib. Rəna söyləyib ki, həmin görüntüləri münasibətdə olduğu kişilər gizli çəkibmiş. Bu təhdidlərdən sonra Rəna daha 4-5 dəfə Moskvaya gedib. Gündə 4-5 kişi ilə münasibətdə olduğunu deyən Rəna bildirib ki, sadəcə bir nəfərə görə ona ödəniş edilib. Qalan pulu “Maşa” özü götürürmüş. O, “Maşa”ya ağır cəza verilməsini sitəyib.

Zərərçəkmişlərdən biri də Tovuz rayon sakini Esmira (ad şərtidir) olub. Esmira Moskvada restoranda ofisiant kimi işləməyə gedib. O da “Maşa”nın tələbi ilə kişilərlə görüşüb. Görüş üçün 2500-3000 rubl ödəniş edilirmiş. “Maşa” yemək və qalmaq xərclərini çıxdıqdan sonra ona ödəniş edirmiş. O da “Maşa” tərəfindən hədələndiyini deyib. Bildirib ki, bir dəfə Bakıya qayıtmaq istəyəndə onu və yanında olan Nərmin adlı qızı tanımadığı 4 nəfər kişi qaçıraraq meşəyə aparıb.

“Onlar “Maşa”nın adamları idi. Bizi bir gün soyuqda meşədə saxladılar. Ağaca bağlayıb zorladılar. Çox soyuq idi, ikimiz də xəstələndik. Mən zorla Bakıya qayıda bildim. “Maşa”dan şikayətçiyəm, ona ağır cəza verilməsini istəyirəm”, - deyə zərərçəkmiş bildirib.

Başqa bir zərərçəkmiş olan Sevda (ad şərtidir) isə deyib ki, “Maşa” onlara müştəri tapmaq üçün Moskavada “Fuçit” və “Xlebnikov” bazarlarına gedərək orada işləyənlərə nömrə paylayırmış. Sevda əlavə edib ki, “Maşa” Moskvadakı polislərlə də işləyirmiş. Onları bir neçə dəfə tutanda polisə rüşvət verərək onları çıxara bilib. O da “Maşa”dan şikayətçidir.

Zərərçəkmiş Təhminə (ad şərtidir) isə əlavə edib ki, “Maşa” ilə yaşayan Azər adlı şəxs var imiş. Azər evli olsa da “Maşa” ilə yaşayırmış. Moskvaya gələn qadınları aeroportda, sərhəddə qarşılayan Azər olurmuş. Qadınları müştərilərlə görüşə də çox vaxt Azər aparırmış. Onun sözlərinə görə Moskvada “Maşa”nın əlindən qaçaraq Mahaçqala şəhərinə gedib və orada restoranda aşbaz işləyib. Amma “Maşa” ona zəng edərək geri qayıtmasını, əks halda fotolarını yayacağını deyib. Təhminə də “Maşa”ya ağır cəza verilməsini istəyib.

Zərərçəkmişlərin sayı 12 nəfərdən çoxdur. Onlar arasında “Maşa”dan şikayətçi olmayanlar da var.

Məhkəmə “Maşa”nın törətdiyi əməllərə görə Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR