Onlayn ictimai-siyasi qəzet
“Qurban Qurbanov Azərbaycan xalqına bütün sevincləri yaşadıb. Onu hədəfə almaq düzgün deyil”.
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı olmuş Aqil Abbas deyib.
O bildirib ki, Qarabağ Avropa Liqasına düşüb, və orada öz məharətini göstərəcək.
“İndi Azərbaycanda hər kəs futbol professoru çıxıb. Hər kəs Qurban Qurbanova məsləhət verir. Məsləhətinizi özünüzə saxlayın, ya da gedin özünüzə bir don tikdirin. Qurban Qurbanov nəyi nə vaxt etməyi gözəl bilir. Bu futboldur. Qarabağ Xorvatiya kimi dünyanın futbol ölkəsi ilə oynayırdı. Futbolda uda da, uduza da bilərsən. Elə bir komanda yoxdur ki, haçansa uduzmasın. Həmişə qalib mümkün deyil. Qarabağa da, Qurban Qurbanova da inanıram. “Qarabağ”ın atları öz qabiliyyətini göstərəcək və rəqibi tapdalayacaq.
Qurban Qurbanovun köynəyinin qiymətini müzakirə etmək mənasız bir söhbətdir. Qurban əyninə nə istəyir geyinə bilər. O geyindiyi “Adidas” formasıdır. Həmin formadan mənim də var. Qurbanın köynəyinin qiymətini müzakirə edənlər axmaq və ağılsız adamlardılar. Qurban Qurbanov hamıdan gözəl görünməlidir. Biz yetim kimi geyinməliyik? Kasıb görünməliyik? Qurban Qurbanov Avropada az qala futbol dərsi keçir. Allah Qurban Qurbanova və komandasına ömür versin”.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ