İnsanlara hürriyət, millətlərə istiqlal!

Bit dərmanından ölən 7 yaşlı Ümidin atası DANIŞDI

Xızıda 7 yaşlı Ümid Eyvazlının bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Musavat.com Baku Tv-yə istinadən xəbər verir ki, azyaşlının atası Mərdan Eyvazov bildirib ki, övladı bit dərmanından dünyasını dəyişib.

Belə ki, Ü.Eyvazlı mal-qaranın bit-birədən təmizlənməsi üçün istifadə edilən dərman vasitəsini başına sürtüb.

"Başı qaşınırmış. Bit olmasın deyə dərmanı sürtüb" , - M.Eyvazov bildirib.

Bundan sonra azyaşlının halı pisləşib, uşağın vəziyyətindən xəbər tutan doğmaları isə onu dərhal Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına yola salınan Ü.Eyvazlının həyatını xilas etmək mümkün olmayıb. O, yolda dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR